Türkiyənin "Kaan" qırıcısı ikinci sınaq uçuşunu uğurla həyata keçirib

11:39 - 6 May 2024 - DÜNYA

Türkiyənin beşinci nəsil qırıcısı Kaan ikinci sınaq uçuşunu uğurla həyata keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə TGRT telekanalı məlumat yayıb.

Sınaqların texniki təfərrüatları barədə hələ ki, məlumat verilməyib. Həmçinin, uçuş hələ rəsmi olaraq təsdiqlənməyib. Bu arada telekanal qeyd edir ki, fevralın 21-də ilk uçuşdan bəri mühəndislər qırıcının proqram təminatını yekunlaşdırır və təyyarənin uçuş və döyüş xüsusiyyətlərini təkmilləşdirmək üçün yeni sistemləri birləşdirir.

Xəbər xətti