Mbappe "Real Madrid"də nə qədər alacaq?

11:13 - 17 May 2024 - İDMAN

Fransalı hücumçu Kilian Mbappe "PSJ"dən "Real Madrid"ə keçmək üçün maaşının azaldılmasına razılaşıb. 

Ucnoqta.az xəbər verir ki, bu barədə Sky Sports yazıb.

Nəşrin məlumatına görə, forvard "Real"la 5 illik müqavilə imzalayacaq. O, vergilərdən sonra ildə 15 milyon avro maaş alacaq. Bu halda hücumçu 150 milyon avroluq imza bonusu alacaq.

Mbappenin bu mövsüm PSJ-də maaşı ildə 75 milyon avro olub və o, imza bonusu olaraq 30 milyon avro alıb.

Xəbər xətti