Ötən gün bank kartlarından 43 mindən çox pul oğurlanıb - DİN

10:57 - 18 May 2024 - HADİSƏ

Ötən gün bank kartlarından 43552 manat pul oğurlanıb

Ucnoqta.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev sosial şəbəkədə yazıb.

"Əmək sərf etmədən qazanmaq? Günlərdir çağırış edirik ki, təhlükə var, bəzi vətəndaşlar hələ də kiber risklərdən çəkinmirlər. Talamalar davam edir, rəqəmlər ciddidir. Dünən də kiber üsullarla bank kartlarından oğurlanan pullar - 11361, 8556, 5546, 4000, 2003, 2000, 1500, 1471, 1450, 1200, 970, 741, 600, 543, 527, 364, 300, 170, 100, 70, 50, 30 manat təşkil edib".

DİN rəsmisi 16 rəqəmdən başqa bank kartı məlumatlarının heç kimə verilməməsi ilə çağırış edib.

Xəbər xətti