Avstraliya Rusiyaya qarşı daha bir sanksiyalar paketi elan edib

09:06 - 17 May 2024 - DÜNYA

 Avstraliya hakimiyyəti Moskva və Pxenyan arasında hərbi-texniki əməkdaşlıqda iştirak etdiyi iddia edilən Rusiya müəssisələrinə qarşı növbəti sanksiyalar paketinin tətbiqini elan edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Avstraliyanın xarici işlər naziri Penni Vonq deyib.

Nazir bildirib ki, Şimali Koreyanın Rusiyaya silah tədarükü ilə əlaqəli olan altı rus təşkilatına qarşı məqsədyönlü maliyyə sanksiyaları tətbiq edilir. Avstraliya Ukraynaya qarşı müharibə zamanı Şimali Koreya ballistik raketlərinin Rusiya tərəfindən qanunsuz ixracını, alınmasını və istifadəsini qəti şəkildə pisləyir.

Xəbər xətti