2027-ci ildə qadınlar arasında dünya çempionatının keçiriləcəyi yer müəyyənləşib

10:03 - 17 May 2024 - İDMAN

2027-ci ildə qadınlar arasında dünya çempionatı Braziliyada keçiriləcək.

Ucnoqta.az xəbər verir ki, Dünya çempionatının keçiriləcəyi yer cümə günü Banqkokda keçirilən Beynəlxalq Futbol Federasiyasının (FİFA) 74-cü Konqresində müəyyənləşib.

Turnirə ev sahibliyi etmək üçün Belçika, Niderland və Almaniyadan da birgə müraciət olub. Meksika və ABŞ aprelin 29-da birgə ərizələrini geri götürüblər.

2023-cü il dünya çempionatı Avstraliya və Yeni Zelandiyada keçirilib.

Xəbər xətti