Bəzi ixtisaslarda balların artması ola bilər ... - Məleykə Abbaszadə

10:42 - 18 May 2024 - Xəbər

Builki keçid balları ümumi nəticələrə əsasən formalaşacaq.

Ucnoqta.az APA-ya istinadla xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin direktorlar şurasının sədri Məleykə Abbaszadə deyib.

"Eləcə də ixtisasa müraciət edənlərin sayı da keçid balına təsir edən məsələdir. Builki keçid ballarına uşaqların nəticələrindəki orta balın yüksəlməsi təsir edəcək. Eləcə də Azərbaycanda bu il iki yeni universitetə də qəbul olacaq. Bu mənada, balların artması yüksək prestijli ixtisaslarda ola bilər, amma bunu konkret demək çətindir", - deyə o əlacə edib.

Xəbər xətti