Xankəndi Şəhər Polis Şöbəsində YENİ TƏYİNAT

14:25 - 6 May 2024 - Xəbər

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə Xankəndi Şəhər Polis Şöbəsinə yeni təyinat olub.

"Report"un məlumatına görə, əmrə əsasən, polis kapitanı Alim Eldar oğlu Bağırov Xankəndi Polis Şöbəsinin İctimai Təhlükəsizlik Bölməsinin yeni rəisi vəzifəsinə təyin olunub.

Qeyd edək ki, A.Bağırov bundan öncə Göygöl Rayon Polis Şöbəsində əməliyyat müvəkkili vəzifəsində çalışıb. O, Xocalı Rayon Polis Şöbəsində rəis vəzifəsində çalışmış mərhum Eldar Bağırovun oğludur.

Xəbər xətti