Hindistan XİN Azərbaycanın ittihamlarına cavab verdi

16:26 - 25 Aprel 2024 - SİYASƏT

Hindistanın Bakı və İrəvanla yaxşı əlaqələri var, lakin Nyu-Dehli də müdafiə ixracını təşviq etməkdə maraqlıdır.

Ucnoqta.az xəbər verir ki, bunu brifinqdə Hindistan Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Randhir Caisval Hindistanın Ermənistana silah tədarük etməsi ilə bağlı Azərbaycan tərəfindən tənqidlərə dair sualı cavablandırarkən deyib.

“Bizim həm Azərbaycan, həm də Ermənistanla çox yaxşı münasibətlərimiz var, lakin bununla yanaşı, biz Hindistanın müdafiə ixracını təşviq etmək siyasətini də davam etdiririk”, - deyə o bildirib.

Xəbər xətti