Azərbaycanda 41 yaşlı qadın qızdırmadan öldü 

11:03 - 4 May 2024 - HADİSƏ

Sumqayıtda 41 yaşlı qadın xəstəxanada ölüb. 

Ucnoqta.az xəbər verir ki, hadisə Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasında qeydə alınıb. 

1983-cü il təvəllüdlü Turanə Lebey qızı Hacıyeva 2 gün öncə Qax rayonundan qızdırması olduğu üçün xəstəxanaya gətirilibmiş. 

Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti