Bakıda 14 yaşlı oğlan qonşusunu bıçaqladı 

13:02 - 26 Aprel 2024 - HADİSƏ

Bakının Sabunçu rayonunda bıçaqlanma baş verib. 

Ucnoqta.az Lent.az-a istinadla xəbər verir ki, hadisə Binə qəsəbəsində yaşanıb. 

2006-ci il təvəllüdlü Adişli Tacir Daxil oğlu qonşusu, 14 yaşlı şəxs tərəfindən bıçaqlanıb. 

T.Adişli kürəyinin kəsilmiş-deşilmiş xəsarətləri ilə Sabunçu Tibb Mərkəzinin reanimasiya şöbəsinə yerləşdirilib. 

Fakt Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırılır. 

Xəbər xətti