Düşmüş dişləri əvəz etmək üçün yenisi çıxarılacaq – YENİ KƏŞF

00:40 - 6 May 2024 - DİGƏR

Yaponiyada elm adamları müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə qüsurlar, dişlərin çürüməsi və ya eroziyaya görə dişlərini itirən insanlar üçün dərman icad ediblər.

Hal-hazırda dişləri olmayan insanlar protez taxmağa və ya implant qoymağa məcburdurlar, lakin yaxın gələcəkdə dişlər çox güman ki, yenidən çıxacaq.
Ucnoqta.az xəbər verir ki, tədqiqatın müəllifi Katsu Takahaşi bildirib ki, yeni dərman dişlərin böyüməsini məhdudlaşdıran USAG-1 adlı zülalı bloklayır. İlkin eksperimentlərdə tədqiqatçılar dərmanı anadangəlmə az sayda dişi olan siçanlara verib, onların heç bir ciddi yan təsir və ya narahatlıq yaratmadan yeni dişlər çıxarmasına səbəb olub.
İndi sınaqların yeni mərhələsində dərman 30 yaşdan 64 yaşa qədər olan könüllülərə venadaxili olaraq veriləcək.

"Biz diş itkisindən və ya diş əskikliyindən əziyyət çəkənlərə kömək etmək üçün bir şey etmək istəyirik. İnanırıq ki, insanların diş böyüməsi ilə bağlı gözləntiləri yüksəkdir" - Kitano Xəstəxanasının Ağız və Üz-çənə Cərrahiyyəsi Departamentinin direktoru Takahaşi insan sınaqlarının başlamasını şərh edib.

Xəbər xətti