Narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb

10:43 - 5 May 2024 - AVTO

Göyçay Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbir zamanı narkotik vasitənin təsiri altında avtomobil idarə edən İ.Əhmədov saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, yol verdiyi qayda pozuntusuna görə saxlanılan sürücünün hərəkətləri şübhə doğurduğundan o, tibbi müayinədən keçirilib. Müayinənin də nəticəsinə əsasən həmin şəxsin marixuana istifadə etdiyi məlum olub.

Məhkəmənin qərarı ilə İ.Əhmədovun sürücülük hüququ 6 ay müddətinə məhdudlaşdırılıb.

Xəbər xətti