Ötən gün bank kartlarından 43552 manat pul oğurlanıb
Ucnoqta.az xəbər verir ki, bu barədə DİN Mətbuat xidmətinin rəisi polkovnik-leytenant Elşad Hacıyev sosial şəbəkədə yazıb.
"Əmək sərf etmədən qazanmaq? Günlərdir çağırış edirik ki, təhlükə var, bəzi vətəndaşlar hələ də kiber risklərdən çəkinmirlər. Talamalar davam edir, rəqəmlər ciddidir. Dünən də kiber üsullarla bank kartlarından oğurlanan pullar - 11361, 8556, 5546, 4000, 2003, 2000, 1500, 1471, 1450, 1200, 970, 741, 600, 543, 527, 364, 300, 170, 100, 70, 50, 30 manat təşkil edib".
DİN rəsmisi 16 rəqəmdən başqa bank kartı məlumatlarının heç kimə verilməməsi ilə çağırış edib.