Dünən axşam saatlarında Bakıda 2 qadın bıçaqlanıb.
Ucnoqta.az xəbər verir ki, Sabunçu qəsəbəsinin Şəhər şossesində yerləşən fərdi evdə Elnur Əliyev nənəsi Laçın Tatilovanı və həyat yoldaşı Elminaz Məmmədovanı bıçaqlayıb. Ağır xəsarət alan şəxslər xəstəxanaya yerləşdirilib.
Hadisənin ailədaxili münaqişə zəminində baş verdiyi bildirilir.
E.Əliyev polis tərəfindən saxlanılıb. Onun barəsində cinayət işi başlanılıb.