Bakıda ölən körpə anasının qucağından düşübmüş.
Lent.az-ın əldə etdiyi məlumata görə, bu gün saat 8 radələrində paytaxtın Sabunçu rayonu, Ramana qəsəbəsində yerləşən mənzilin eyvanından 4 aylıq körpə qız uşağı (09.12.2023-cü il təvəllüdlü) anasının qucağından yıxılıb. Nəticədə o ölüb.
Körpənin ölməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.
13:41
Bakının Sabunçu rayonunda bədbəxt hadisə baş verib.
Ucnoqta.az xəbər verir ki, hadisə “Ramana sovxozu” adlanan ərazidə qeydə alınıb.
9 mərtəbəli binanın 4-cü mərtəbəsinin pəncərəsindən 4 aylıq körpə Eyvazlı Ayla Tural qızı yerə düşərək ölüb.
Fakt araşdırılır.///apa