İsrailin PUA-sı Livanda Hizbullah avtomobilinə zərbə endirib

15:19 - 26 Aprel 2024 - DÜNYA

İsrail Hərbi Hava Qüvvələrinə məxsus pilotsuz uçuş aparatı Livanın cənubunda şiə Hizbullah milislərinin döyüşçülərini daşıyan avtomobilə zərbə endirib.

Ucnoqta.az xəbər verir ki, Al Jadeed telekanalının məlumatına görə, hücum Zallutiya kəndi yaxınlığındakı magistral yolda həyata keçirilib.

Hadisə yerinə təcili yardım maşınları gəlib. Avtomobildə olanlar arasında ölən və yaralananlar var.

Xəbər xətti