Si Cinpin Pekində Blinkenlə görüşüb

12:30 - 26 Aprel 2024 - DÜNYA

 Çin prezidenti Si Cinpin ABŞ dövlət katibi Antoni Blinkenlə görüşüb.

Ucnoqta.az xəbər verir ki, bu barədə Çin Mərkəzi Televiziyası məlumat yayıb.

Çin lideri dövlət katibini aprelin 26-da günortadan sonra Pekində Xalq Yığıncaq Salonunda qəbul edib.

Si Cinpin Blinkenlə görüşdə deyib ki, Çin və ABŞ düşmən deyil, tərəfdaş olmalı və ortaq dil axtarmalıdırlar.

Xəbər xətti