“Biz Ermənistanın mövcudluğu məsələsini həll edirik” - Paşinyan

15:03 - 26 Aprel 2024 - DÜNYA

“Biz Ermənistanın gələcəyi üçün konkret layihəni masaya qoyuruq".

Ucnoqta.az xəbər verir ki, Ermənistanın baş naziri Nikol Paşinyan özünün Facebook səhifəsində bildirib.

"Bu, çox mühüm mərhələdir və bu mərhələdə biz partiya olaraq çox fəal olmalıyıq. Aydındır ki, bu, çox ağrılı məsələdir və aydındır ki, bu, başqasının deyil, mənim evimdir. Yol problemi, ev problemi var, amma qeyd edim ki, biz heç bir evin, yolun, kəndin məsələsini həll etmirik.

Biz yaxın onilliklərdə Ermənistanın mövcudluğu məsələsini həll edirik. Və biz bu məsələni həll edəcəyik, başqa variantımız yoxdur, çünki bu, Mülki Müqavilə partiyasının missiyasıdır”, - Paşinyan “Reals”ı Facebook səhifəsində dərc edərək bildirib.

Xəbər xətti