Hacı Əliyevin son durumunu açıqlanıb

17:23 - 25 Aprel 2024 - Xəbər

Özümü yaxşı hiss edirəm.

Ucnoqta.az xəbər verir ki, bu barədə İdman.biz-ə güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionunu Hacı Əliyev özü məlumat verib.

Əliyev bildirib ki, hazırda səhhəti yaxşıdır: “Gözümün müalicəsi artıq bitib, üzümdəki şiş də artıq gedib. Müəyyən zədələrim var ki, qalmaqda davam edir. Amma onlar da zamanla düzələcək. Məşqlərə başlamışam. Paris-2024 Yay Olimpiya Oyunlarına qədər tam hazır olacam”.

Qeyd edək ki, Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibi Həmzət Arsamerzoyevlə görüşəndə qaşı partlayıb və tikişdən sonra gözünə mikrob düşüb.

Xəbər xətti