Azərbaycanda şagird sinif yoldaşını bıçaqlayıb

23:24 - 19 Mart 2023 - HADİSƏ

Naxçıvanda şagirdlər arasında mübahisə bıçaqlanma ilə nəticələnib.

APA xəbər verir ki, hadisə bu gün şəhərin Azərbaycan küçəsində baş verib.

Naxçıvan şəhər 17 saylı tam orta məktəbin şagirdi, Naxçıvan şəhər sakini 2007-ci il təvəllüdlü Əli Əliyev münaqişə zəminində sinif yoldaşı tərəfindən bıçaqlanıb. Zərərçəkən Naxçıvan Muxtar Respublika Xəstəxanasının Travmatalogiya şöbəsinə yerləşdirilib, vəziyyəti sabitdir.

Faktla bağlı araşdırma aparılır.

Xəbər xətti