Siyəzəndə yol qəzasında ölənlərdən ikisi müəllimdir

10:44 - 17 Fevral 2023 - Cəmiyyət

Bu gün səhər saatlarında Siyəzən rayonunda baş verən yol qəzasında ölənlərdən ikisi orta məktəb müəllimidir.

Ucnoqta.az-ın APA-ya istinadən məlumatına görə, qəzada nəticəsində dünyasını dəyişən iki nəfərin Siyəzənin Məşrif kənd tam orta məktəbinin müəllimləri olduğu bildirilir.

Qəza nəticəsində ölən digər şəxs isə “Opel” markalı nəqliyyat vasitəsinin sürücüsü Qənimət Hümbətovdur.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəza bu gün saat 08:15 radələrində Bakı-Quba yolunun 99-cu km-də, Siyəzən rayonu ərazisində baş verib. "Mercedes Vito" və "Opel" markalı avtomobillərin toqquşması nəticəsində 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.

 

Xəbər xətti