Türkiyə və Suriyada baş verən zəlzələdə həlak olanların sayı kəskin artıb
Ucnoqta.az xəbər verir ki, təkcə Türkiyədə zəlzələ zamanı 31,5 mindən çox insan həlak olub.
Son məlumatlara görə, zəlzələlər nəticəsində Türkiyədə 31 643, Suriyada isə 5 814 nəfər ölüb. Beləliklə, hər iki ölkədə 37 mindən çox insan həlak olub.
Ərazidə xilasetmə işləri davam etdirilir.
Emin