78 saatdan sonra ana və iki oğlu dağıntılar altından çıxarıldı

12:00 - 9 Fevral 2023 - DÜNYA

Kahramanmaraşın Pazarcık rayonunda qrupların uzun sürən səyləri nəticəsində 3 nəfər dağıntılar altından sağ-salamat çıxarılıb.

Ucnoqta.az xəbər verir ki, zəlzələdən 78 saat keçməsinə baxmayaraq, xilasedicilər dağıntılar altından insanları xilas edə bilirlər. Məlumata görə, ana və iki oğlu 78 saat sonra Kahramanmaraşın Pazarcık rayonunda sağ-salamat çıxarılıb.

Ana və iki uşağını xilas etmək üçün 15 saat aparılan gərgin işlərdən sonra onlar sağ-salamat xilas edilib. Əvvəlcə iki uşaq daha sonra isə ana dağıntılar altından çıxarılıb.
Onlar təcili tibbi yardım maşını ilə dərhal xəstəxanaya aparılıb.

Qeyd edək ki, bazar ertəsi gecə səhər saatlarında episentri Kahramanmaraşda baş verən 7,7 bal gücündə zəlzələ 10 vilayətdə böyük dağıntılara səbəb olub.

Xəbər xətti