FHN-in xilasediciləri 37 nəfəri dağıntılar altından sağ çıxarıb - VİDEO

09:29 - 9 Fevral 2023 - Cəmiyyət

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

Ucnoqta.az xəbər verir ki, bu barədə FHN-dən məlumat verilib.

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 8-i uşaq olmaqla 37 nəfəri sağ, 145 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatların gedişi barədə əlavə məlumat veriləcək.

 

Xəbər xətti