Goranboyda qanunsuz ov tüfəngləri götürülüb

11:07 - 4 Fevral 2023 - Cəmiyyət

Goranboy rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silah-sursatın aşkarlanaraq götürülməsi və gələcəkdə baş verə biləcək cinayətlərin qarşısının alınması istiqamətində əməliyyat-axtarış və profilaktiki tədbirləri davam etdirir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Ucnoqta.az-a verilən məlumata görə, keçirilən müvafiq tədbirləri nəticəsində 10-a yaxın sakindən müvafiq sənədləri olmayan, müxtəlif markalı və kalibirli ov tüfəngləri aşkar edilərək götürülüb.

Silah sakinləri ilə profilaktiki söhbət aparılıb, barələrində inzibati tədbir görülüb.

Xəbər xətti