Çinin təhqiqat şarı beynəlxalq hüququ pozur - Pentaqon

23:26 - 3 Fevral 2023 - DÜNYA

ABŞ hava məkanında Çin zondunun görünməsi beynəlxalq hüququ pozur.

Ucnoqta.az xəbər verir ki, bu barədə brifinqdə Pentaqonun mətbuat katibi, ABŞ Hərbi Hava Qüvvələrinin briqada generalı Patrik Rayder bildirib. General bildirib ki, lakin hava şarının özü insanlar üçün təhlükə yaratmır.

Şimali Amerika Birləşmiş Aerokosmik Müdafiə Komandanlığının (NORAD) mütəxəssisləri onun hərəkətlərini diqqətlə izləyirlər.

Rayder ÇXR meteoroloji zondunun şərqə doğru hərəkət etdiyini və ABŞ-ın mərkəzində olduğunu bildirib, lakin onun dəqiq yerini açıqlamayıb. Pentaqonun sözçüsü əlavə edib ki, zond təxminən 60 min fut (18,2 min metr) yüksəklikdədir ki, bu da "mülki aviasiya uçuşunun tavanından xeyli yüksəkdir". 

Emin

Xəbər xətti