ABŞ Ukraynaya 2,2 milyard dollar ayıracaq

21:45 - 3 Fevral 2023 - DÜNYA

ABŞ Ukraynaya 2 milyard 175 milyon dollar hərbi yardım göndərəcək.

Ucnoqta.az “Reuters”ə istinadən xəbər verir ki, bu barədə Pentaqonun bəyanatında deyilir. Paketə yüksək dəqiqlikli raketlər və HAWK zenit-raket kompleksləri, eləcə də digər döyüş sursatları və silahlar daxil olacaq. 

2,2 milyard dollarlıq yardım paketinə daha nələrin daxil ediləcəyi barədə təfərrüatlar verilməyib.

Emin

Xəbər xətti