Zaqatalada məciddə imamın vəziyyəti pisləşib, xəstəxanada vəfat edib

16:51 - 3 Fevral 2023 - Cəmiyyət

Zaqatalada məcidin imamı qəfil dünyasını dəyişib.

APA-nın məlumatına görə, bu gün günorta namazından sonra rayonun Muğanlı kənd məscidinin imamı, 1980-ci il təvəllüdlü Muğanlı kənd sakini Elşən Mövlud oğlu Musayev yaxınlarının köməkliyi ilə ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Tibbi yardıma baxmayaraq, Elşən Musayevi xilas etmək mümkün olmayıb.

Onun ürək tutmasından keçindiyi bildirilir.

Qeyd edək ki, Elşən Musayev dini təhsilini Özbəkistan Respublikasının Buxara şəhərində alıb.

 

Xəbər xətti