Şahruddindən futbolçularla bağlı qalmaqallı paylaşım: Cəza olacaqmı?

09:50 - 24 Noyabr 2022 - İDMAN

Azərbaycan millisinin və “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev şəxsi "İnstagram" səhifəsində Almaniya yığması ilə bağlı qalmaqal yarada biləcək paylaşım edib.

O, Bundestimin bu gün DÇ-2022-də Yaponiyaya qarşı matçdan (1:2) öncə çəkdirdiyi şəkli 11 rəqəmi və xoruz emojisi ilə paylaşıb. Bu isə həmin futbolçulara xitabən “11 xoruz” deməkdir.

Maqomedəliyev cəzalandırılacaqmı? Maraqlıdır, “Qarabağ” rəhbərliyi, xüsusən də baş məşqçi Qurban Qurbanov bu hərəkətə necə reaksiya verəcək? Yaxud AFFA Azərbaycan millisinin son vaxtlar Moldova və Şimali Makedoniyaya qarşı oynayan qapıçısının şərhini  necə qiymətləndirəcək?

Yada salmaq yerinə düşərdi ki, məhz Şaxrudin Maqomedəliyevin Çexiyanın “Viktoriya”sı və Fransanın “Nant” klubları ilə oyunlarda etdiyi ən kobud səhvlərdən sonra “Qarabağ” əvvəlcə Çempionlar Liqasının qrup mərhələsinə düşə bilməyib. Bununla da Avropa Liqasınını tərk edib. ///oxu24.com

 


Xəbər xətti