Ağacları kəsən bu şirkət 26 min cərimələndi - FOTO

12:09 - 27 Oktyabr 2022 - Xəbər

Dövlət Ekoloji Təhlükəsizlik Xidməti tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 104 ünvanında ağacların qanunsuz kəsildiyi müəyyən edilib.

Bu barədə Ucnoqta.az-a xidmət rəsmisi Fərid Piriyev bildirib. Araşdırma zamanı ağacların ərazidə tikinti işləri aparan “Azərstone” MMC tərəfindən kəsildiyi və təbiətə 26 100 manat məbləğində ziyan dəydiyi məlum olub.
Faktla bağlı akt tərtib edilib: “Yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib”. 


Xəbər xətti