Azərbaycan və Ermənistan arasında inzibati sərhədin dəyişdirilməsi üç dəfə aparılıb

14:33 - 13 Oktyabr 2022 - Cəmiyyət

Sovet İttifaqının subyektləri arasında inzibati sərhədlər əsasən formal idi. Çox vaxt Moskva özünəməxsus şəkildə, hansısa siyasi və ya iqtisadi mülahizələrə əsaslanaraq yeni müttəfiq respublikalar yaradır və ya köhnələrini ləğv edir, onlar arasında sərhədləri dəyişir, muxtariyyətlərin statusunu qaldırır və ya aşağı salırdı.

Ucnoqta.az xəbər verir ki, bu, əvvəlcə ittifaq respublikası statusu alan Abxaziya ilə baş verdi, sonra isə Abxasiya Gürcüstanın tərkibinə muxtar respublika statusu ilə daxil edildi. Və Krım Rusiyadan Ukraynaya verildi.

Qonşu respublikaları arasında da ərazilərin mübadiləsi həyata keçirilirdi. Çünki Moskvada oturanlar hesab edirdi ki, “Ölkə eynidirsə, bunun nə fərqi var?”

Azərbaycan və Ermənistan arasında inzibati sərhədin belə korreksiyası üç dəfə aparılıb: 1929, 1935 və 1984-cü illərdə. Sonuncu dəfə, 1984-cü ildə Qazax rayonunun ərazisinin bir hissəsinin Ermənistana verməsini çox yaxşı xatırlayıram.

 

Xəbər xətti