Ana səhifə Mobil versiya
27 Sentyabr 2022

"Qol imkanlarımız daha çox idi" - "Viktoriya"nın baş məşqçisi

"Rəqibə böyük hörmətimiz var. Açıq oynasaydıq, matç daha sürətli və qaynar keçərdi. Əsas taktikamız müdafiə olunmaq idi"

Ucnoqta.az xəbər verir ki, bunu Çexiyanın "Viktoriya" (Plzen) komandasının baş məşqçisi Mixal Bilek Bakıda "Qarabağ"la qolsuz heç-heçə etdikləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

57 yaşlı mütəxəssis nəticədən razı qaldığını bildirib: "Bizi evdə daha ağır oyun gözləyir. Cavab matçına xüsusi hazırlaşacağıq. "Qarabağ"ın güclü rəqib olduğunu bilirdik. Kifayət qədər şanslarımız da oldu. Amma qapıda və müdafiə xəttində də inamlı oynadıq. Hətta düşünürəm ki, bizim qol imkanlarımız daha çox idi".

O, futbolçularının aqressiv oynamadığını söyləyib: "Sadəcə, irəli getməyə tələsirdik. Ola bilsin, sürət özünü aqressiya kimi göstərib. Yeganə məqsədimiz hücum etmək idi".

Çexiyalı baş məşqçi qapıçı Yindrjix Stanekin kifayət qədər inamlı oyun göstərdiyini vurğulayıb: "Çexiyanın ən yaxşı qolkiperlərindən biridir. Fikrimcə, evdə də əla çıxış edəcək. Hesab edirəm ki, nəticə ədalətlidir. Şansları bərabər dəyərləndirirəm".

Bilek azərbaycanlı azarkeşlərin onlara qarşı aqressivlik nümayiş etdirmədiklərini bildirib: "Çox gözəl atmosfer yaratmışdılar. Ümid edirəm ki, bizim fanatlarımız da belə ab-hava yaradacaqlar. Fitə basılmağımızı aqressivlik kimi qəbul etmirəm".

Mütəxəssis cavab matçında da qapıçının inamlı çıxışına ümid edəcəklərini söyləyib.

Qeyd edək ki, cavab qarşılaşması avqustun 23-də Plzendəki "Dusan Arena"da oynanılacaq və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.///report

Tarix
17 Avqust 2022 [23:24]
Müəllif
Üç nöqtə
2022-08-17 23:24:51
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin