Rusiya Belarusa “İsgəndər-M” verəcək

15:10 - 26 İyun 2022 - DÜNYA

Rusiya Belarusa "İskəndər-M" taktiki raket komplekslərini verəcək.

Ucnoqta.az report-a istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Belarus lideri Aleksandr Lukaşenko ilə keçirdiyi danışıqlardan sonra deyib.

"Sizinlə razılaşdığımız kimi, bu məsələ ilə bağlı qərar verdik. Yaxın bir neçə ay ərzində Belarusa həm ballistik, həm də qanadlı raketlərdən istifadə edə bilən "İsgəndər-M" komplekslərini təhvil verəcəyik", - Putin bildirib.

Xəbər xətti