İqtisadiyyatın şaxələndirilməsi tədbirləri nəticəsində qeyri-neft məhsullarının ixracındakı müsbət tendensiya davam edir.
Ucnoqta.az xəbər verir ki, bu barədə Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" hesabında paylaşım edib.
“Bu ilin yanvar-may aylarında qeyri-neft məhsullarının ixracı əvvəlki ilin müvafiq dövrünə nisbətən 30,9% artaraq, 1 mlrd. 188 mln. dollar təşkil edib”, - paylaşımda qeyd edilib.