Xəbər verdiyimiz kimi, “Avroviziya” mahnı müsabiqəsində münsif səsverməsi zamanı texniki problem yaşanıb.
Bu səbəbdən əvvəlcədən planlaşdırıldığı kimi, Azərbaycandan səsləri İTV-nin aparıcısı Nərmin Salmanova yox, yarışmada Martin açıqlayıb.
Martin Azərbaycanın 12 xalı Böyük Britaniyaya verdiyi açıqlasa da, bunun əslində belə olmadığı məlum olub. Belə ki, Nərmin Salmanova İTV-də yayımlanan "Sabaha saxlamayaq" verilişində Azərbaycanın 12 xalı əslində Ukraynaya verdiyini açıqlayıb.
Məsələ ilə bağlı araşdırma aparıldığı bildirilib.
Qeyd edək ki, yarışın qalibi Ukrayna olub.