Bakıda havada toz dumanı müşahidə olunur

18:55 - 6 May 2022 - Xəbər

Bakıda havada toz dumanı müşahidə olunur.

Bunu Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

O, Bakı şəhərinin inzibati rayonları üzrə fəaliyyət göstərən avtomatik stansiyalardan bu gün saat 18:00-da əldə olunmuş məlumatlara əsasən, dispers toz hissəciklərinin miqdarı Bakı şəhərinin Xətai rayonunda 2,2 dəfə normadan çox olduğunu bildirib: “Müşahidə edilən tozlu hava şəraiti lokal xarakterlidir. Belə ki, güclü şimal-qərb küləyinin təsirindən torpağın üst quru səthində formalaşan toz kütlələri ətrafa yayılır”.

Gülşad Məmmədova qeyd edib ki, küləkli hava şəraiti ilə əlaqədar olaraq yaxın iki gün ərzində tozun miqdarının normadan çox olacağı gözlənilir.

 

Xəbər xətti