"D vitaminin əskikliyi nə qədər zərərlidirsə, artıqlığı da o qədər təhlükəlidir" - Endokrinoloq

17:30 - 6 Aprel 2022 - Cəmiyyət

"Əhalinin əksəriyyətində D vitamini çatışmazlığı var".

Bunu Kliniki Tibbi Mərkəzin həkim-endokrinoloqu Həcər Kazımova deyib.

O bildirib ki, vitamin D-nin miqdarı 30-dan yuxarı olmalıdır:

"Biz əsasən D vitaminini Günəşdən alırıq. Lakin vitamin həblərini qəbul edənlər də var. Həkim məsləhəti olmadan D vitaminin qəbulu bir sıra problemlərə, o cümlədən böyrək və ürəyin zəifləməsinə gətirib çıxara bilər. D vitaminin əksikliyi nə qədər zərərlidirsə, artıqlığı da bir o qədər təhlükəlidir".

Həcər Kazımova deyib ki,n endokrinoloji xəstəliklər arasında qalxanvari vəz xəstəlikləri də geniş yayılıb:

"Qalxanvari vəzin hormon ifrazının artıb-azalması bu xəstəliyə gətirib çıxarır. Qalxanvari vəzin hormon ifrazı artıbsa, tərləmə, əsəbilik, çəkinin azalması müşahidə olunur. Əgər vəzin hormon ifrazı azalıbsa, bunun əksi baş verir" - o qeyd edib.///Apa

Xəbər xətti