Bakıda liseyin damına çıxan tələbələr "şou" göstərdilər - VİDEO

22:14 - 27 Yanvar 2022 - Cəmiyyət

İndi izləyəcyiniz görüntülər Bakının Nizami rayonu, Cəmşid Naxçıvanski küçəsi 100 ünvanında çəkilib. 

Texnika və Texnologiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, 14 nömrəli Bakı Peşə Liseyinin tələbələri təhsil ocağının damına çıxaraq riskli hərəkətlər ediblər.

Bir-birlərini telefona çəkən tələbələrdən biri dördmərtəbəli binanın damından aşağı baxarkən təhlükə ilə üzləşib. Digər tələbə yoldaşı ona, ''yıxılarsan, çox qabağa getmə'' deyib. 

Daha ətraflı videodan izləyin:

Xəbər xətti