Yanvarın 22-də Bakı qarnizonundakı N nömrəli hərbi hissədə xidmət edən Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Məhərrəmzadə Asif Səfail oğlu qeyri-döyüş şəraitində həlak olub.
Bu barədə Ucnoqta.az-a Müdafiə Nazirliyindən bildiriblər.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi həlak olan hərbi qulluqçunun yaxınlarına dərin hüznlə başsağlığı verir.
Allah rəhmət eləsin!
Tarix
22 Yanvar 2022 [21:46]
|
Müəllif
Üç nöqtə
|
Ən son xəbərləri səhifəmizdən də izləyin