Azərbaycan vətəndaşları əsasən bu ölkələrə səfər edib

Ötən il xarici ölkələrə gedən Azərbaycan Respublikası vətəndaşlarının ümumi sayı 2020-ci illə müqayisədə 16,3 faiz azalaraq 974,5 min nəfər olub.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, İrana gedən Azərbaycan Respublikası vətəndaşlarının sayı 80,6 faiz, Gürcüstana gedənlərin sayı 75,3 faiz azalıb, Türkiyəyə gedənlərin sayı 2,4 dəfə, Rusiya Federasiyasına gedənlərin sayı isə 7,8 faiz artıb.

Ölkə vətəndaşlarının 47,3 faizi Türkiyəyə, 24,3 faizi Rusiya Federasiyasına, 7,8 faizi Gürcüstana, 6,8 faizi İrana, 13,8 faizi digər ölkələrə səfər edib. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.

2021-ci ildə xarici ölkələrə səfər edən Azərbaycan Respublikası vətəndaşlarının 68,8 faizi hava, 28,0 faizi dəmir yolu və avtomobil, 3,2 faizi isə dəniz nəqliyyatından istifadə edib.

Tarix
22 Yanvar 2022 [18:22]
Müəllif
Üç nöqtə
2022-01-22 18:22:21
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
İnternetin sürətindən razısınız?
 bəli
 xeyr
 qismən
 bilmirəm
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin