PSJ Messinin son durumunu açıqlayıb

17:32 - 14 Yanvar 2022 - İDMAN

Fransanın PSJ klubu ilin əvvəlində koronavirusa yoluxmuş Lionel Messinin son durumunu açıqlayıb.

"Report" Paris təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı hücumçu həkimlərin və texniki heyətin nəzarəti altında fərdi məşqlər edir.

Argentinalı oyunçunun gələn həftədən komanda ilə məşqlərə başlayacağı bildirilib.

Xəbər xətti