“Gelandewagen” sürücüsü kasıbları təhqir etdi - Araşdırma başladı - VİDEO - (YENİLƏNİB)

17:47 - 11 Yanvar 2022 - Xəbər

Bakıda aztəminatlı şəxsləri təhqir edən “Gelandewagen” sürücüsü barədə araşdırma aparılır. 

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib.

16:58

Sosial şəbəkədə “Gelandewagen” sürücüsünün aztəminatlı şəxsləri təhqir etməsi görüntüləri yayılıb.

Ucnoqta.az xəbər verir ki, avtomobili yüksək sürətlə idarə edən şəxs aztəminatlı şəxsləri təhqir edərək deyir: “Çəkil, yetim kasıb, bədbəxt, səhər yeməyi yeməyib günorta yeməyinə duran adamlar. Dağılışın!”.

Görüntülərdə həmçinin sürücünün təhlükəsizlik kəmərindən istifadə etmədiyi də görünür.

Xəbər xətti