Rusiya Ukrayna sərhəddə hərbi texnika göndərir - VİDEO

13:03 - 4 Dekabr 2021 - DÜNYA

Hazırda Rusiya Mərkəz Hərbi Dairəsinin 55-ci motoatıcı briqadasına məxsus Tiqr–M texnikaları daxil olmaqla, bir çox zirehli texnika Ukrayna sərhədinə daşınır.

Axar.az xəbər verir ki, bununla bağlı müxtəlif Teleqram kanallarında video və informasiyalar yayılıb.
Qeyd edək ki, Rusiyanın Ukrayna sərhədinə 90 minlik ordu topladığı haqda Qərb mediası rəsmi qurumlara istinadla vaxtaşırı məlumat yayır.

Xəbər xətti