Alim Qasımovun qızının evi əlindən alınıb

22:00 - 24 Oktyabr 2021 - Cəmiyyət

Əməkdar artist Fərqanə Qasımovanın evi əlindən alınıb. Ucnoqta.az xəbər verir ki, xanəndə bu haqda "Onun sirri" proqramında danışıb. O bildirib ki, gəlin köçdüyü ev ondan alınıb: "Aldığım zərbələrdən biri də bu oldu ki, verilən sözün üstündə durulmadı. Övladlarımı dünyaya gətirdiyim, əziyyət çəkdiyim ocaq mənə verilmədi. Mənim gəlin getdiyim ocaq idi. Ağrılı, acılı, xoş günlərim orada oldu. O evi inkar etdilər. Bizim olanı bizdən aldılar, haqqımız olanı aldılar. Dedilər, siz bizim üçün yoxmuş kimi həyatınıza davam edin. 6-7 il evsiz atamın evində qaldıq". F.Qasımova "Uşaqların atasının ailəsi tərəfdən oldu" sualına "Yəqin ki... Elə oldu. Mən də o insana ata kimi baxırdım. Satılan, əldən gedənləri Allah bərpa edir. Əsas o deyil ki, əlimdən getdi. Sadəcə, bizə verilən dəyər, söz... İnsanı acıdan odur. Bu gün evim var, atamın dəstəyi ilə" reaksiyasını verib. ///axsam.az

Xəbər xətti