Həbsdə olan jurnalistin istintaqı yekunlaşmaq üzrədir

10:42 - 19 Oktyabr 2021 - Cəmiyyət

Həbsdə olan jurnalist, "Azadinfo.az" saytının rəhbəri Mahir Ələkbərovun (Xəttab) barəsində olan cinayət işi üzrə istintaq yekunlaşmaq üzrədir.

Ucnoqta.az xəbər verir ki, bu barədə Trend-ə jurnalistin vəkili Araz Nurməmmədov bildirib.

Vəkil qeyd edib ki, müvəkkili Mahir Ələkbərovla Bakı İstintaq Təcridxanasında görüşüb: "Mahir Ələkbərovla görüş zamanı sağlamlığında heç bir problem olmadığını və saxlanma şəraitindən razılığını bildirdi".

Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir.

M.Ələkbərov Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmək) maddəsi ilə ittiham edilir.

Xəbər xətti