Ölkədə mobil telefonlar ucuzlaşıb

21:00 - 15 Oktyabr 2021 - DİGƏR

2021-ci ilin sentyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 100.8 faiz, əvvəlki ilin sentyabr ayına nisbətən 105.9 faiz təşkil etmişdir.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Cari ilin sentyabr ayında əvvəlki ayla müqayisədə qeyri-ərzaq məhsullarından daha çox bahalaşma parçaların, geyim və ayaqqabıların, inşaat materiallarının, mebellərin, minik avtomobilləri üçün ehtiyat hissələrinin, dəftərxana ləvazimatlarının, zərgərlik məmulatlarının, ucuzlaşma isə mobil telefon və ventilyatorların qiymətlərində müşahidə olunmuşdur. Digər qeyri-ərzaq məhsullarının qiymətlərində ciddi dəyişikliklər baş verməmişdir.

Xəbər xətti