Bakı-Ağstafa-Bakı dəmir yolu marşrutu üzrə əlavə qatar təyin edilib

10:22 - 25 Aprel 2024 - ÖLKƏ İÇİ

“Azərbaycan Dəmir Yollarə” QSC (ADY) sərnişin tələbatını təmin etmək məqsədilə həftəsonu Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar təyin edib.

ADY-dən verilən məlumata görə, eyni zamanda qatarlarımızla hər həftəsonu Bakıdan Qəbələyə və əks istiqamətdə səfər etmək mümkündür.

Biletləri dəmiryol vağzallarının kassalarından, www.ady.az saytından və ya “ADY Mobile” tətbiqi vasitəsilə əldə etmək olar.

Xəbər xətti