"Oğluma fəxri ad versinlər"

20:49 - 3 May 2024 - MAQAZİN

Müğənni Fədayə Laçının sosial media paylaşımı maraq oyadıb.

Ucnoqta.az xəbər verir ki, ifaçı oğlu Əlhəmlə görüntüsünü yayımlayıb. F.Laçın ona fəxri ad verilməməsindən gileylənib.

"Deyirəm, mən oxuya bilirəm, ad vermirlər, eybi yoxdur. Onda oğluma ad versinlər, oxuya bilmir. Əslində ad oxuya bilməyənlərə düşür. Çünki onlar oxuyanda zülm çəkirlər" deyə, müğənni vurğulayıb.///axsam.az


Xəbər xətti