Keniyanın çox hissəsində elektrik enerjisi kəsilib

00:01 - 3 May 2024 - DÜNYA

Keniyanın çox hissəsi davamlı yağışlar səbəbindən elektrik enerjisinin kəsilməsi ilə üzləşib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Agence France-Presse Keniyanın enerji şirkətinə istinadən məlumat yayıb.

Paytaxt Nayrobi ilə yanaşı, elektrik enerjisinin kəsilməsi liman şəhəri Mombasa, Nakuru, Kisumu, Nyeri və Eldoret şəhərlərinə də təsir edib.

Keniyada elektrik enerjisinin kəsilməsi adi haldır. Ötən ilin avqustunda bir neçə şəhər, eləcə də Nayrobi Beynəlxalq Hava Limanı elektrik şəbəkəsindəki nasazlıq səbəbindən bir neçə saat işıqsız qalıb.

Xəbər xətti