Dünya siyasi tarixində liderlərə sui-qəsdlər

11:38 - 16 May 2024 - SİYASƏT

Slovakiyanın baş naziri Robert Fitso, Cənubi Koreyada ana müxalifət Demokratik Partiyasının liderinə qarşı son bıçaqlı hücumu bir daha keçmiş sui-qəsdləri yada salıb. Həmçinin, yaxın müddətdə Yaponiyanın baş naziri Şinzo Abe də öldürülüb.

Ucnoqta.az xəbər verir ki, CNN TÜRK-ə istinadən dünya siyasi tarixində liderlərin sui-qəsdlərini təqdim edir.

İsrailin baş naziri Yitzhak Rabin: O, 4 noyabr 1995-ci ildə Tel-Əvivdə israilli "ifrat sağçı" Yiqal Əmir tərəfindən güllələnərək öldürülüb.

Livanın Baş naziri Rafik Həriri: 14 fevral 2005-ci ildə konvoyu Beyrutda keçərkən bomba yüklü maşınla öldürüldü.

Pakistanın baş naziri Benazir Bhutto: 1988-ci ildə müsəlman ölkəsini idarə edən ilk qadın olan Bhutto 27 dekabr 2007-ci ildə bombalı hücumda həlak olub.

Yaponiyanın Baş naziri Abe Şinzo: 8 iyul 2022-ci ildə Yaponiyada keçirilən tədbirdə güllələnərək öldü.

Xəbər xətti